DİQQƏT! Əhaliyə

Havaların əlverişli keçməsi üzüm bağlarında bolluğa səbəb olub. Hazırda Cəlilabadda məhsulun tez yetişən kardinal, prima və ora sortlarının yığımı aparılır. Təsərrüfat sahibləri deyirlər ki, məhsuldarlıq yüksək olsa da, qiymət aşağıdır.

Üzüm bağlarında qızğın iş gedir. Bir birindən fərqli sortlar toplanır. Kadrlar Cəlilabaddandır

Məhsuldarlıq yüksəkdir. Bu baxımdan yerli iqlimə tez uyğunlaşan Kardinal, Prima, Ora üzüm sortları daha çox seçilir.

Təsərrüfat sahiblərinin sözlərinə görə bu il məhsul ucuzdur. Sahədə üzümün hər kiloqramına görə 40 qəpik təklif edilir. Bu isə məhsulun maya dəyərini ödəmir. Toplanan məhsul əsasən paytaxt bazarlarına daşınır. Xarici bazarlara çıxış olmadığı üçün 150 ton məhsul müştərisini gözləyir.

Məhsulu bağlardan 40 qəpiyə alıb 60 qəpiyə bazarlara göndərən bəzi vasitəçilər tədarükün baha başa gəldiyini deyirlər. Bəziləri isə sahədən məhsulu ucuz aldıqlarına görə satışdan razıdırlar.

Havalar əlverişli keçərsə, məhsul yığımı avqustun sonuna qədər davam edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR