Kloppun ilk işi Arda oldu - “100 milyonluq dəyəri var”

AVRO-2024-də uğurlu oyun nümayiş etdirən Arda Gülerin 2024-25 mövsümündə “Real Madrid”in əsas oyunçularından biri olacağı irəli sürülürdü.

Metbuat.az xəbər verir ki, lakin Ardanın “Real”dakı karyerası istədiyi kimi davam etməyib. Bir sıra klublar Ardanın əsas heyətə düşməkdə çətinlik çəkməsindən istifadə edərək onu transfer etmək üçün hərəkətə keçib. “EdaNews” xəbər verir ki, “Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp yeni vəzifəsinə başlayan kimi Arda Güler haqda diqqətçəkən qərar verib. “Red Bull”un qlobal futbol direktoru Yurgen Klopp “RB Leipzig” rəhbərliyinə gənc yarımmüdafiəçi üçün təklif irəli sürməyi təklif edib. Yurgen Klopp “Onu gətirsək, 100 milyon avroya satarıq” deyib. Məlumata görə, Klopp Ardada Avropa klublarının axtardığı böyük potensialın olduğunu hesab edir.

Qeyd edək ki, “Fənərbaxça” klubunun da Arda Güleri transfer etməyə çalışdığı barədə xəbərlər dərc edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR