Bakıda tuneldə avtomobil suyun altında qaldı - VİDEO

Güclü yağış səbəbindən paytaxtın Heydər Əliyev prospektində yerləşən Bağırov körpüsünün altındakı tunelin su ilə dolması səbəbindən burada nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Metbuat.az xəbər verir ki, hazırda prospektin əsas hissəsinə nəqliyyat vasitələri buraxılmır. Bu da prospektə çıxan küçələrdə və digər yollarda nəqliyyat sıxlığına gətirib çıxarıb.

Hazırda Bağırov körpüsünün alt hissəsindəki tuneldə Fövqəladə Hallar Nazirliyi tərəfindən işlər davam etdirilir.

Sözügedən tuneldə maşının su altında qalmasını əks etdirən videonu təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı