Tacikistan hökuməti Əfqanıstandan mühacirləri qəbul etmək üçün hazırlıqlara başlayıb.
Metbuat.az xəbər verir ki, 100 min qaçqının qəbul edilməsi üçün düşərgə salınır. Qeyd edək ki, Əfqanıstanda Taliban təşkilatının hücumlarından sonra gərginlik artıb. Əfqanlar qonşu Tacikistana keçməyə çalışır.