Koronavirusun orqanizm üçün daha bir

Koronavirus keçirənlər çəki itkisi yaşayırlar.

Metbuat.az xəbər verir ki, bu barədə tibb elmləri doktoru Tatyana Rujentsova bildirib.

Onun sözlərinə görə, insanların nə qədər çəki itirməsi onların xəstəliyi nə dərəcədə ağır keçirmələri ilə bağlıdır.

Mütəxəssis qeyd edib ki, koronavirusa qarşı müalicə bitdikdən sonra bədən çəkisi azalmağa davam edərsə, bunun səbəbini müəyyənləşdirmək və müalicə üçün tövsiyələr almaq üçün bir terapevt və ya infeksionistə müraciət etmək lazımdır.

O eyni zamanda əlavə edib ki, mədə-bağırsaq pozulması zamanı təkcə COVID-19-a qarşı yox, həmçinin onun fəsadlarına qarşı da müalicə aparılmasa, çəki uzun müddət - bir ay və daha çox zaman azalmağa davam edə bilər.

oxu.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR