Almaniyaya giriş qaydaları

Almaniya hökuməti, pandemiya dövründə ölkəyə giriş üçün yeni qaydalar təyin edərək mövcud proseduru sərtləşdirib.

Metbuat.az xəbər verir ki, Almaniyaya girmək istəyənlər, avqustun 1-dən etibarən, koronavirus testinin nəticələrinə dair sənəd, peyvənd haqqında sənəd və ya koronavirusa yoluxub sağaldıqları barədə arayış təqdim etməlidirlər. Bu barədə Almaniya federal hökumətinin sözçüsü Ulrike Demmer bildirib.

Yeni qaydalar, bir çox alman vətəndaşın tətildən ölkəyə qayıtdıqdan sonra koronavirusun Almaniyada sürətli yayılmasının qarşısını almaq məqsədi daşıyır. Yeni qaydalar təyyarə, qatar, avtomobil və ya qayıqla səyahət edən 12 yaşdan yuxarı bütün vətəndaşlara şamil olunur. Avqustun 1-dən etibarən ölkə iki kateqoriyada "koronavirusun yayılması üçün yüksək risk zonası" və "koronavirus xəstəliyinin yayılma zonası" olaraq təyin ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR