Tanınmış gözəllik və estetik mütəxəssisi olan doktor Aygün Ay uzun illərdir ki, Türkiyədə və son 3 il ərzində Azərbaycanda bir çox estetik prosedurları əməliyyatsız həyata keçirən peşəkar həkimdir.
Məhz onun reallaşdırdığı estetik prosedurlar gözəl nəticələr verir və pasiyentlərin böyük inamını, rəğbətini qazanır.Doktor Aygün Ay eyni zamanda TV8-də sağlamlıq proqramının aparıcısı olaraq böyük uğurlu işlərə imza atıb. Son illərdə uğurlu fəaliyyətinə və əldə etdiyi nailiyyətlərə görə, “Reputation Inc.” PR və Event şirkətinin təşkilatşılığı ilə "Four Seasons Baku" otelində baş tutan “Golden Palm Awards” layihəsinin qala gecəsində mükafatla təltif olunub.