İntihar edən 18 yaşlı qızın

Türkiyədə 18 yaşlı Eda Nur Kaplan adlı gənc qız on beşinci mərtəbədəki evinin eyvanından özünü ataraq həyatına son verib.

Metbuat.az xəbər verir ki, intihar edən Edanın ölümündən öncə polisə getdiyi və 2 şəxs tərəfindən cinsi təcavüzə məruz qalması barədə şikayət etdiyi məlum olub. Polis ittiham edilənlərdən birini saxlasa da, sonradan sərbəst buraxıb, digərinin isə axtarışının davam etdiyini söyləyib.

Hazırda Türkiyə mediasında, həmçinin, sosial şəbəkələrdə gənc qızın yaşadıqları ilə barışa bilmədiyi və təcavüzkarlarının sərbəst buraxıldığı xəbərini aldıqdan sonra intihar etdiyi iddiası gündəmdədir. İddialara görə, 18 yaşlı qız spirtli içkinin təsiri altında olan 2 nəfər tərəfindən zorlanıb.

"Ana, balaca qızın artıq bəzi şeylərə dözə bilmir. Artıq hər şeyin yaxşı olacağına inanmır. Öməri, bacım Aleynanı və Almaniyanı çox sevirəm"- deyə, Eda Nur Kaplan yazdığı intihar məktubunda bildirib.


316333-1080x1055.jpg



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR