Müğənni Sevda Sanalıyeva yeni ev alıb.
Metbuat.az bildirir ki, müğənni özünə yeni mənzil alması ilə bağlı şəxsi "Instagram" hesabı üzərindən paylaşım edib.
Dəbdəbəli mənzilinin videosunu yayımlayan Sevda Sanaliyeva açıqlama hissəsində aşağıdakı sözləri qeyd edib:
“Allaha çox şükür, nəhayət, yeni evimizə köçdük”.
Xatırladaq ki, ifaçı bir müddət öncə mənzilindən cadu tapdığı videosu ilə gündəmə gəlmişdi.