İtaliyanın "Yuventus" klubu Kriştianu Ronaldu ilə vidalaşıb.
Metbuat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Yuventus" 36 yaşlı hücumçuya təşəkkür edib.
Qeyd edək ki, Kriştianu Ronaldu "Yuventus"a 2018-ci ildə keçib. Portuqaliyalı oyunçu 3 mövsüm ərzində 133 oyuna çıxıb və 101 qola imza atıb.
Hazırda ulduz futbolçu İngiltərənin "Mançester Yunayted" klubuna keçib.
