İktin düşən Aişə Məmmədli ilə Famil Qulami tapılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Tamilla Qulaminin özü məlumat verib. O, hazırda uşaqları görmək üçün 28-ci polis bölməsinə getdiyini bildirib.

Qeyd edək ki, bu gün "Ümid" partiyasının sədri İqbal Ağazadənin müavini Tamilla Qulaminin 15 yaşlı qızı Aişə Məmmədli və 12 yaşlı qardaşı oğlu Famil Qulami itkin düşdüyü xəbəri yayılmışdı.