Ulduz futbolçu Kriştianu Ronaldu Ginnesin Rekordlar Kitabına düşüb.
Metbuat.az xəbər verir ki, Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted"in futbolçusu bununla da 10 - cu dəfə bu uğura imza atıb. Futbolçu özünün sosial media hesabından bu mükafata layiq görüldüyünə görə, təşəkkürünü bildirib.
Qeyd edək ki, Ronaldu Portuqaliya millisində 111-ci qoluna imza ataraq İran seçməsinin futbolçusu Əli Daeinin rekordunu (109 qol) qırıb.