Daxili İşlər Nazirliyi (DİN) növbəti həftələrdə açıq havada maskanın məcburi olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Metbuat.az xəbər verir ki, DİN-in Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
DİN rəsmisi hələlik Nazirlər Kabineti yanında Operativ Qərargahın belə bir qərarının olmadığını deyib.
Qeyd edək ki, bəzi sosial media platformalarında növbəti həftələrdən açıq havada maskanın məcburi olması ilə bağlı məlumatlar yayılıb.