Çin hakimiyyəti məşhurlara həm şəxsi , həm də ictimai həyatda əxlaq standartlarını tətbiq etməy barədə göstəriş verib.
Metbuat.az xəbər verir ki, bu barədə məşhur, "The Guardian" nəşri yazıb. Məlumata görə, Kommunist Partiyası rəsmiləri Pekində keçirilən iclasda ulduzlar üçün davranış qaydalarını müzakirə ediblər. Hökumət səlahiyyətliləri, əyləncə sənayesi iştirakçılarına pul qarşılığında həddindən artıq çökmüş fikirləri cəmiyyətə aşılamamağı tövsiyə ediblər.
Bir müddət əvvəl Çin Kommunist Partiyasının lideri Si Tszinpin televiziyada kişilərə həddindən artıq estetik əməliyyat, makiyaj edib səhnəyə çıxmağa son qoymağa çağırmışdı. Hakimiyyət gənclər arasında məşhur şoular əvəzinə, Çin ənənələrimi, mədəniyyətini və qabaqcıl sosialist mədəniyyətini güclü şəkildə təbliğ etməyə çağıran proqramlar hazırlamağ barədə göstəriş verib.