Bu supermarketdə toyuq məhsullarının saxlanma rejiminə riayət edilmədiyi

Daxil olan müraciət əsasında Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Rahat” supermarketdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırmalar aparılıb.

AQTA-dan Metbuat.az-a bildirilib ki, yoxlama zamanı toyuq məhsullarının saxlanıldığı vitrinlərdə saxlanma rejiminə riayət edilmədiyi müəyyən edilib. Belə ki, məhsulun etiket məlumatlarına əsasən soyudulmuş toyuq məhsullarının saxlanma rejimi +20 C-də 5 gün qeyd olunduğu halda, ticarət şəbəkəsinin vitrinlərində məhsulların 120 C temperaturda saxlanıldığı aşkar olunub. Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, nöqsanların aradan qaldırılması istiqamətində qida təhlükəsizliyi sahəsində texniki-normativ aktların tələbləri izah olunub və icrası məcburi göstərişlər verilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində tədbirlər həyata keçirəcəkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR