Dünya pop musiqisinin mərhum kralı Maykl Ceksonun kiçik bacısı Canet Cekson müğənni karyerasını bərpa etdiyini bildirib.

Milli.Az Us Weekly-yə istinadən bildirir ki, 49 yaşlı Canet Ceksonun dediyinə görə, yeni albom hazırlayır. O, dünya turnesinə çıxacağını da bəyan edib.

1980-ci illərdə müğənni karyerasına başlamış Canet Ceksonun indiyədək 10 albomu satışa çıxarılıb.
Dünən ABŞ-ın Los-Anceles şəhərində olan C.Cekson səsyazma studiyasına yollanarkən paparassilərlə qarşılaşıb.

C.Cekson 2010-cu ildə qətərli milyarder iş adamı, özündən 10 yaş kiçik Vissam əl Məna ilə ailə qurmuşdu.

Milli.Az

Canet Cekson qayıtdı - FOTO
Canet Cekson qayıtdı - FOTO
Canet Cekson qayıtdı - FOTO
Canet Cekson qayıtdı - FOTO