Çempionlar Liqasında qrup mərhələsi başlayır

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsi başlayır.

Metbuat.az xəbər verir ki, ilk gündə E, F, G və H qruplarında 8 görüş baş tutacaq.

Günün ilk matçları F və G qruplarında keçiriləcək. İngiltərənin "Mançester Yunayted" klubu İsveçrədə "Yanq Boyz"un qonağı olacaq. "Sevilya" isə İspaniyada Avstriya "Zaltsburq"unu sınağa çəkəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Digər oyun isə E qrupunda olacaq. İspaniya "Barselona"sı Almaniyanın "Bavariya" klubu ilə üz-üzə gələcək. Bu qrupun digər oyununda Portuqaliya "Benfika"sı Ukraynada Kiyev "Dinamo"su ilə münasibətlərinə aydınlıq gətirəcək.

İngiltərənin "Çelsi" komandası H qrupundakı ilk sınağına Londonda çıxacaq. "Zadəganlar" Rusiya təmsilçisi "Zenit"lə qarşılaşacaq. Bu qrupda keçiriləcək digər görüşdə isə İsveçin "Malmö" və İtaliyanın "Yuventus" klubları üz-üzə gələcəklər.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, I tur

14 sentyabr

E qrupu

23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya)

23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya)

F qrupu

20:45. "Yanq Boyz" (İsveçrə) - "Mançester Yunayted" (İngiltərə)

23:00. "Vilyarreal" (İspaniya) - "Atalanta" (İtaliya),

G qrupu

20:45. "Sevilya" (İspaniya) - "Zaltsburq" (Avstriya)

23:00. "Lill" (Fransa) - "Volfsburq" (Almaniya)

H qrupu

23:00. "Çelsi" (İngiltərə) - "Zenit" (Rusiya)

23:00. "Malmö" (İsveç) - "Yuventus" (İtaliya)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR