Lənkəranda AĞIR YOL QƏZASI:

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, Lənkəran istiqamətində hərəkətdə olan "VAZ 21099" markalı 42-CA-210 dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq çökəkliyə aşıb.

Nəticədə sürücü Lənkəran Rayon Qaz İstismar İdarəsinin əməkdaşı Məzahir Ağayev hadisə yerində vəfat edib. Avtomobildə olan sərnişin olan Liman şəhər sakini 1984-cü il təvəllüdlü Fariz Mövsün oğlu Sadıqov təcili yardımın köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR