ANS PRESS-in məlumatına görə, Elgiz Əkbər proqram boyu müğənninin verilişində qonaq olacağını anons etsə də, Xatirə İslam gəlib çıxmayıb. Verilişin prodüserləri ona dəfələrlə zəng vursalar da telefona cavab verən olmurdu.
Xatirə İslamın gəlmədiyini, üstəlik də telefonlara cavab vermədiyini görənlər nə baş verdiyini anlamaq istəyirdilər. Səbəb isə anlaşılan idi, 49 saat yuxusuz qalan ifaçı şirin yuxudan oyana bilməmişdi.
“Məni heç kim qınamasın. Yuxusuz və çox yorğun idim. Samir və Rəşad dözməyib sıradan çıxdı. Asan olmasa da, mən dözdüm. Artıq qalib olmağım dəqiqləşəndən sonra Murad Dadaşovdan məni evə buraxmasını istədim. İcazə vermədi ki, realiti-şounun qaydalarına görə qalib efirdə elan edilənədək oteldə qalmalıyam. Dünənki efirdən sonra da gec yatdım. Ağır günlərin ardından qalib olma həyacanı, 20 günlük ayrılıqdan sonra övladıma qovuşmaq, bütün bunlar məni o dərəcədə yormuşdu ki, səhər oyana bilməmişəm. Evdəkilərin məni oyatmağa ürəkləri gəlməyib.
İnşaAllah bazar səhəri "Günə baxan"dayam. Maraqlı açıqlamalarım olacaq. Oyunda udduğum avtomobili kimə hədiyyə etdiyimdən də orada danışacam".
Xatirə İslam “Maşın” realiti-şousunda udduğu avtomobili adını açıqlamadığı şəxsə hədiyyə etdiyini deyir.