Ronaldu dayanmaq bilmir,

12 ildən sonra İngiltərənin "Mançester Yunayted" klubuna keçən ulduz futbolçu Kriştianu Ronaldu rəqib qapsından top keçirməyə davam edir.

Metbuat.az xəbər verir ki, "Mançester Yunayted"ə keçəndən 4 qol vuran 36 yaşlı ulduz futbolçu azarkeşlərin alqışlarını toplamağa davam edir.

Bu ilin ən böyük və maraq doğuran transferini edən Lionel Messi isə hələ ki, susqundur. 18 il oynadığı "Barselona"dan ayrılaraq Fransa PSJ-nə keçən Messi hələ də komandaya qol gətirə bilməyib.

Qeyd edək ki, dünən keçirilən Paris Saint-Germain (PSJ) "Olympique Lion" matçında Messi 76 dəqiqə meydanda qala bilib. O, müdafiəçi Əşrəf Hakimi ilə əvəz edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR