Ən çox qazanc əldə edən Ronaldodor ya Messi? -

Portuqaliyalı ulduz Kriştiano Ronaldo bu il ən çox qazanan futbolçular siyahısında birinci yeri tutub.

Metbuat.az xəbər verir ki, maaş, sponsor gəliri və bonuslar nəzərə alınmaqla "Forbes" jurnalının hazırladığı siyahıda yay transfer dövründə "Yuventus" dan ayrılaraq keçmiş komandası "Mançester Yunayted" ə qayıdan 36 yaşlı Ronaldo ən çox qazanan futbolçu olub. Onun gəliri 125 milyon dollardır.

İlin ən böyük və maraq doğuran transferlərdən biri də Barselonadan ayrılaraq PSJ-yə keçən argentinalı futbolçu Lionel Messi oldu. Messi isə "Forbes"in bu dəfəki siyahısında 110 milyon dollarlıq gəlirlə Ronaldodan sonra ikinci yeri tutub.

"Paris Saint-Germain" (PSJ) komandasında oynayan braziliyalı Neymar isə 95 milyon dollar gəlirlə üçüncü yeri tutub.

Siyahıdakı ilk 10 yer belədir:

1. Kriştiano Ronaldo - Mançester Yunayted - 125 milyon dollar

2. Lionel Messi - PSJ - 110 milyon dollar

3. Neymar - PSGJ - 95 milyon dollar

4. Kylian Mbappe - PSJ - 43 milyon dollar

5. Muhammed Salah - Liverpool - 41 milyon dollar

6. Robert Levandovski - Bayern Münih - 35 milyon dollar

7. Andres Iniesta - Vissel Kobe - 35 milyon dollar

8. Paul Pogba - Mançester Yunayted - 34 milyon dollar

9. Gareth Bale - Real Madrid - 32 milyon dollar

10. Eden Hazard - Real Madrid - 29 milyon dollar


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR