Elon Musk, "Starlink"in başlandığını ELAN ETDİ:

Elon Musk Peyk İnternet layihəsinin başladığını elan edib.

Metbuat.az rus KİV-nə istinadla xəbər verir ki, bu həftə Elon Musk, "Starlink" peyk internet layihəsinin oktyabr ayında rəsmən başlayacağını açıqlayıb. Bu o deməkdir ki, texnologiyanın beta testi başa çatıb və xidmət üçün avadanlıq satışa çıxarılacaq. "Starlink"in coğrafiyasının genişlənməsi və yeni ölkələrdə təqdimatı gözlənilir. Yaxın gələcəkdə Elon Musk-dan internetin MDB ərazisində rəsmi olaraq işləyəcəyi ehtimalı var. Artıq "SpaceX" və dövlət nümayəndələri bu barədə danışıqlar aparırlar.

Qeyd edək ki, Peyk İnternet, dünyanın istənilən nöqtəsinə çıxış imkanı verir. Əgər simli giriş üçün bahalı bir fiber-optik kabel çəkmək lazımdırsa, burada siqnalı qəbul etmək üçün yalnız bir "boşqab" (Pek ötürücü) quraşdırmalısınız. Kosmosdan əldə edilən internetin etibarlılığı yüksəkdir: Əgər bir peykin işləmə prinsipində problem yaranarsa digərləri onu sığortalayacaq.
Hələ ki, Peyk İnternetinin sürəti yerüstü internet şəbəkələrinin sürətlərindən geri qalır və onun siqnal ötürülməsində müşahidə olunan gecikmə isə adi naqilli analoqlardakı siqnal gecikmələrini üstələyir. Amma yaxın zamanda bu problem də həll olunacaq. Həmin peyklər isə yüksək sürətli lazerlər ilə təchiz olunublar. Bu lazerlər "Starlink" göstəricilərini yüksəltməklə yanaşı yerüstü stansiyaların istifadəsini lazımsız edəcəklər. Musk-ın sözlərinə əsasən bu texnologiya sayəsində "Starlink" sürəti fiber optik internetin sürətindən 40 faiz daha yüksək olacaq. Bu isə öz növbəsində yerüstü stansiyalardan istifadə etmədən məlumatların yüksək sürətlə ötürülməsi imkanını yaradacaq. Bu məlumatı nəzərə alaraq güman etmək olar ki, "Starlink"in göstəriciləri təqribi olaraq saniyədə 180.832 mil təşkil edəcək. Bu isə işıq sürətinin 97 faizini təşkil edir. Musk internet sürətinin bir neçə dəfə artırılmasını və siqnal gecikməsinin 50 millisaniyəyə endirilməsini planlaşdırır.

Elon Musk-ın bu layihəsinin məqsədi gələcəkdə sürətli İnterneti hər kəs üçün əlçatan etməkdir. Çünki gələcəkdə ağıllı evlər və şəhərlərin inkişafı üçün şəbəkəyə daimi giriş vacibdir. Önümüzdəki onilliklərdə, yeni nəsil şəhərlərin ortaya çıxması ilə şəbəkədəki yük ən yüksək olacaq və klassik simli internet öhdəsindən gələ bilməyəcək.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR