İyirmi günə yaxın davam edən "Maşın" realiti şou sona çatdı və məlum olduğu kimi müğənni Xatirə İslam telelayihənin əsas hədiyyəsi olan avtomobili qazandı.

Sənətçi şoudan sonra ilk müsahibəsini ölkə.az-a verib

- Xatirə xanım, səhhətiniz necədir?

- Səhhətimdə hər şey öz qaydasındadır. Bir dənə problem odur ki, yatıb qalmışam, verilişə gedə bilməmişəm. Qırx doqquz saatdan sonra nə baş verəcəyini bilmirdim. Hələ yaxşı ki, yatmaqla canımızı qurtardıq.

- Axıra üç nəfər qalanda bildirdiniz ki, buradan ancaq meyitim çıxa bilər...

- Mən də belə adamam da. Əvvəldən orada verdiyim sözün heç birinə xilaf çıxmamışam. Kim bunun əksini sübut etsə, maşını ona hədiyyə edə bilərəm.

- Maşını sürməyə imkan tapmısınız?

- Maşın yoxdur artıq.

- Satmısınız?

- Satmaq nədir, ayıb deyil?

- Hədiyyə olunub?

- Bəli.

- Kimə?

- Onu deyə bilmərəm.

- Bəlkə həyat yoldaşınıza...

- Həyat yoldaşımın maşını var. Bir nəfərə hədiyyə eləmişəm. 2-3 dəfə düşündüm ki, maşını Samirə verim gedim. Amma söz vermişdim ki, bu maşın gətirib verməliyəm. Bir dənə o sözə görə maşını qazandım. Yoxsa Samir o maşına layiq idi.

- Finalda iki bəylə mübarizə çətin olmadı?

- Çox dedilər ki, sən get, biz qazanaq. Dedim niyə getməliyəm ki, siz gedin mən qazanım da. Mən 49 saat gözləmişəm ki, sonra maşınsız gedim?

- İştirakçılardan kim təbrik etdi?

- Hamısı. Gecə Aşıq Əli, Abbas Bağırov, Rüfət Axundov və ailəmiz bir yerdə oturub çörək yedik.

- Şou ərzində yola getmədiyiniz aktrisa Mehriban Xanlarova zəng vurmuşdu?

- Orada çox gözəl öpüşüb görüşdük. Mən də onu qucaqladım. Onun xətrini Allaha and olsun dünyalar qədər istəyirəm. Mənim o insana qarşı pis niyyətim varsa, Allah mənim ən əziz adamımı öldürsün. İndi inandınız mənə? Görün Mehribana görə nəyə and içirəm.

- Əvvəldən hansısa qruplaşmada var idiniz?

- Orada iki qruplaşma olub, hər ikisini mən idarə etmişəm. İdarə etmək bir az pis çıxır. Yəni hər ikisində baş verənləri birinci mən bilmişəm.

- Kimin vasitəsiylə?

- Öz vasitəmlə.

- Eyni vaxta? Deməli, hər qrupdan bir nəfər sizə "işləyib" də...

- Mən kiminsə adını çəkə bilmərəm axı.

Milli.Az