"Volvo" veqanlar üçün avtomobillər

İsveçli avtomobil istehsalçısı "Volvo Cars" avtomobil çeşidlərinin oturacaqlarını bio-əsaslı təkrar emal edilən məhsullardan hazırlayacaq.

Metbuat.az xəbər verir ki, şirkət 2030-cu ilə qədər davamlı olaraq yenilənən müştəri bazasına qarşı daha həssas davranaraq hətta veqanlara uyğun, dəridən istifadə edilməyən avtomobillər istehsal edəcək. "Volvo"nun dizayn rəhbəri Robin Page, "Reuters" ə verdiyi müsahibədə, "Yeni nəsil düşünmə gücü olan müştərilərimiz var, onlar satın aldıqları məhsullar barədə daha çox maraqlanırlar. Təbii ki, istehsal materiallarının haradan gəldiyini bilmək haqlarıdır" deyib.

Görünən odur ki, "Volvo", dəri sənayesindəki bu dəyişiklikləri heyvanların rifahı və maldarlığın ətraf mühitə təsirləri ilə əlaqədar müştəri narahatlıqlarınının fonunda edəcəkdir. Amma məsələ ondadır ki, şirkət eyni zamanda 2030-cu ilə qədər elektriklə işləyən avtomobil seriyası təqdim etmək barədə də planlara sahibdir. Bu da "Volvo"nun karbon emissiyalarını azatmaq istəkləri ilə üst-üstə düşür.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR