Aparıcı Zümrüddən duyğulandıran ETİRAF:

"İTV" kanalının xəbər aparıcısı Zümrüd Şahova etirafı ilə hər kəsi təəccübləndirib.

Metbuat.az Baku.Ws-ə istinadla xəbər verir ki, uşaqlıq illəri ilə bağlı xatirələrindən danışan aparıcı, qardaşının ölümünə səbəb olduğunu açıqlayıb.

Zümrüd bildirib ki, uşaqkən çöldə oynayan zaman yıxılıb. Anası ona kömək etmək üçün yanına qaçıb və başı ona qarışıb.

Aparıcının yeni dünyaya gələn körpə qardaşı isə həmin an nəfəs darlığı yaşayıb və vəfat edib. Şahova bu səbəbdən hələ də kədərləndiyini və vicdan əzabı çəkdiyini qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR