Bu da Messinin ayına 20 min ödədiyi kirayə ev

PSJ-nin futbolçusu Lionel Messi yeni evinə köçüb.

Metbuat.az xəbər verir ki, mənzil Parisin ən yaxşı bölgələrindən birində yerləşir.

Evin 300 kvadratmetrlik sahəsi və 4 yataq otağı var. Messi bu ev üçün ayda 20 min avro kirayə haqqı ödəyəcək. 34 yaşlı hücumçu komanda yoldaşları Anhel di Mariya və Leonardo Paradeslə qonşu olacaq.

Qeyd edək ki, Messi ötən ay PSJ ilə 2+1 illik müqavilə imzalayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR