Çin, planeti xilas etmək istədi, "Apple"şirkətinə zərər dəydi

Çində hökumətinin enerji istehlakını məhdudlaşdıran yeni siyasəti bəzi fabriklərin elektrik qıtlığı ilə üzləşməsinə səbəb olub.

Metbuat.az xəbər verir ki, "Reuters" in məlumatına görə, Apple məhsulları da daxil olmaqla elektron komponentlər istehsal edən fabriklərdə iş prosesi dayandırılıb. Planeti xilas etmək üçün mübarizə aparan səlahiyyətlilərin hərəkətləri fabriklərdə iş qrafikini pozaraq elektronika satışı tədarük zəncirini təhlükəyə atıb.

"Apple"ın əsas tədarükçüsü olan elektron komponentlər istehsalçısı "Foxcon", Çindəki obyektlərindəki iş prosesini müvəqqəti dayandırıb. Eyni dəyişiklik "Apple" üçün qulaqlıq komponentləri istehsal edən "Concraft Holding" tərəfindən də açıqlanıb. Təchizatçı istehsalın dayandırılması zamanı tələbatı ödəmək üçün əlavə inventardan istifadə edir.

Qeyd edək ki, "Apple" ilə ortaq olan "Unimicron Technology Corp" yerli hökumətin qəbul etdiyi siyasətə uyğun olaraq, Çindəki üç törəmə müəssisəsində 26 sentyabrdan 30 sentyabra qədər istehsalını dayandıracağını açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR