Tanış olun: Yeni "Xiaomi Civi" -

Xiaomi şirkəti özünün yeni smartfon modelini təqdim edib.

Metbuat.az xəbər verir ki, yeni "Xiaomi Civi" smartfonunda əsas diqqəti xarici görünüşə və kameralara ayırıb.Onun gövdəsinin qalınlığı 6.98 mm, çəkisi isə 166 qramdır. Bununla belə kənar çərçivələrin eni 1.55 mm təşkil edir. Smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.55 düym AMOLED ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bununla yanaşı Xiaomi Civi-nin ekranı HDR10+ və Dolby Vision texnologiyalarının dəstəyinə sahibdir.

Xiaomi Civi adlı yeni smartfonun texniki özəllikləri internetdə ortaya çıxıb

Əsas texniki özəlliklərə gəldikdə isə smartfon Snapdragon 778G 5G prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 64 MP + 8 MP + 2 MP üçlü arxa kamera, 32 MP-lik ön kamera və 55 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR