x
Loading...
.

Çempionlar Liqası: "Beşiktaş" "Ayaksa"la qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura start veriləcək.

Metbuat.az xəbər verir ki, ilk gündə 4 qrupda 8 qarşılaşma keçiriləcək.

Belə ki, Türkiyə təmsilçisi "Beşiktaş" Niderlandda "Ayaks"ın qonağı olacaq. C qrupunun digər görüşündə Almaniyanın "Borussiya" (Dortmund) və Portuqaliyanın "Sportinq" klubları üz-üzə gələcək.

Bundan başqa, PSJ İngiltərə çempionu "Mançester Siti"ni qəbul edəcək. A qrupunda "Leyptsiq" (Almaniya) - "Brügge" (Belçika) qarşılaşması da baş tutacaq.

Daha bir maraqlı görüş B qrupunda İtaliyanın "Milan" və İspaniyanın "Atletiko" (Madrid) komandaları arasında olacaq. İngiltərə "Liverpul"u isə Portuqaliyada "Portu"nun qonağı olacaq.

D qrupunda isə tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış edən Moldova "Şerif"i İspaniyada "Real Madrid"in qonağı olacaq. Bu komandaların hər ikisi ilk turdan qalib ayrılıb. Qrupun digər oyununda Donetsk "Şaxtyor"u Ukraynada İtaliya "İnter"ini sınağa çəkəcək.

Çempionlar Liqası

II tur

28 sentyabr

A qrupu

23:00. PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə)

23:00. "Leyptsiq" (Almaniya) - "Brügge" (Belçika)

B qrupu

23:00. "Milan" (İtaliya) - "Atletiko" (Madrid, İspaniya)

23:00. "Portu" (Portuqaliya) - "Liverpul" (İngiltərə)

C qrupu

20:45. "Ayaks" (Niderland) - "Beşiktaş" (Türkiyə)

23:00. "Borussiya" (Dortmund, Almaniya) - "Sportinq" (Portuqaliya)

D qrupu

20:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "İnter" (İtaliya)

23:00. "Real Madrid" (İspaniya) - "Şerif" (Moldova)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR