"Samsung" Texasda 17 milyard dollarlıq zavod

Cənubi Koreya texnologiya şirkəti "Samsung Electronics" Texas ştatında 17 milyard dollarlıq yarımkeçirici zavod inşa edəcək.

Metbuat.az xəbər verir ki, şirkət sahəsi 557 min kvadratmetr olan zavodda təxminən 1,8 min yeni iş yeri yaratmağı planlaşdırır. Bu məqsədlə yanvar ayında tikinti işlərinə başlamağı düşünən "Samsung Electronics" 2024-cü ilin sonuna qədər istehsalı bərpa etməyi planlaşdırır.

Qeyd edək ki, dünyada hal -hazırda bir sıra şirkətlər qlobal yarımkeçirici çatışmazlığı ilə üzləşirlər, bu səbəbdən istehsalını dayandırmaq və ya azaltmaq məcburiyyətində qalırlar. Sentyabrın 15 -də Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında çıxış edərək Avropa Birliyinin səylərini yarımkeçiricilərin istehsalı üçün Asiyadan asılılığın azaldılmasına yönəltməyi planlaşdırdığını açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR