Azərbaycanda da maraqla izlənilən “MasterChef Türkiyə”nin təcrübəli münsif üzvü Mehmet Yalçınkayanın yeməklərə şəkər əlavə etməsi maraqla qarşılanmışdı.
Metbuat.az xəbər verir ki, Mehmet qonaq olduğu proqramda bunun səbəbini açıqlayıb.

O bildirib ki, şəkərdən istifadə edəndə yeməkdəki turşuların təsiri azalır. O, əsasən zeytun yağlı yeməklərə, ət yeməklərinə və sulu yeməklərə 1 çay qaşığı şəkər əlavə edilməsini tövsiyə edib.
