Cari ilin 8 ayında Rusiyaya 522 milyon dollarlıq qeyri-neft ixracı edilib

Cari ilin yanvar-avqust ayları ərzində qeyri-neft sektoruna aid malların ixrac olunduğu ölkələrin siyahısı açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın sentyabr sayında bildirilir.

Məlumata görə, ilin 8 ayında ən çox mal Rusiyaya ixrac olunub. Belə ki, bu ölkəyə 522,3 milyon ABŞ dolları, Türkiyəyə 407,3 milyon ABŞ dolları, İsveçrəyə 154,9 milyon ABŞ dolları, Gürcüstana 109,5 milyon ABŞ dolları və ABŞ-a 48 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Təkcə ötən ay isə Azərbaycan 1 il əvvələ nisbətən 95,3% çox - 230,4 milyon dollar dəyərində qeyri-neft ixracı reallaşdırıb. Ay ərzində ən çox icrac edilən mallar polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (27,8 milyon dollar), qızıl (23,4 milyon dollar) və karbamid (11 milyon dollar) olub.

Ən çox mal idxal edən ölkələr isə Rusiya (54,4 milyon dollar), Türkiyə (48 milyon dollar) və İsveçrə (25,5 milyon dollar) olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR