Samsung insan beynini kopyalayan çip

Koreya şirkətinin mütəxəssisləri Harvard Universitetinin alimləri ilə birlikdə yarımkeçirici çiplərdən istifadə edərək insan beyninin imitasiyası konsepsiyasını təqdim ediblər.

Metbuat.az xəbər verir ki, mühəndislər deyirlər ki, onlar beynin quruluşunu neyromorf çipə köçürməyin yolunu tapıblar. Gələcəyin çipi, özünəməxsus hesablama xüsusiyyətlərini - ətraf mühitə uyğunlaşma, öyrənmə asanlığı, aşağı enerji istehlakı, və idrakın bərpasına imkan verəcək.

Qeyd edək ki, neyromorf çiplər, məlumatlarla işləmə qaydalarına görə adi çiplərdən fərqlənir. Bu cür prosessorlar, insan beyninin gələn məlumatlara reaksiya verməsi ilə eyni şəkildə işləyir yəni milyardlarla neyron birlikdə işləyir. Neyronlar arasındakı əlaqələr xarici stimullara cavab olaraq daim dəyişir - öyrənmə belə baş verir. Mütəxəssislərin fikrincə, neyromorf prosessorlar tam hüquqlu süni intellekt yaratmaq üçün lazımdır.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR