ANS PRESS-in məlumatına görə, Murad Dadaşovun rəhbərlik etdiyi MGP - M Qrup Prodakşn şirkəti ifaçı ilə 5 illik müqavilə imzalayıb.
Tərəflər arasında başlanmış müqaviləyə əsasən növbəti 5 il ərzində müğənninin iştirakı ilə bir çox layihələr həyata keçiriləcək.
Şirkət Samir Cavadzadənin konsertlərini təşkil edəcək, musiqi albomlarını buraxacaq və digər yaradıcı layihələrə imza atacaq.

Murad Dadaşov 2010-cu ildə analoji addımı dünyasını dəyişmiş Hüseyn Dərya ilə də atmışdı. Onun rəhbərlik etdiyi MGP o vaxtlar ulduzu sönmüş repçinin konsertini təşkil etmişdi. Hüseyn Dərya bu könsertilə yenidən gündəmi zəbt etməyi və əvvəlki populyarlığına geri dönməyi bacarmışdı.