“Instagram” və “Facebook”un işində yenidən problem yarandı

“Instagram” və “Facebook”un işində yenidən problem yaranıb.

Metbuat.az xəbər verir ki, bu barədə Downdetector məlumat yayıb. Məlumata görə, şəbəkələrin işində uzunmüddətli fasilələr olub. Səhər saatları ilə müqayisədə problemlərlə bağlı şikayətlərin sayı 5 dəfə artıb, ən çox problemi bildirən amerikalı istifadəçilərdir.

Həmçinin, Rusiya, İngiltərə, Fransa, Almaniya, Hollandiya və digər ölkələrdən də şikayətlər bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR