“Tayvan və Çin arasında gərginlik heç vaxt olmadığı qədər yüksəkdir”.

Metbuat.az xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, son bir gün ərzində Çinin 52 hərbi təyyarəsi sərhədi keçərək Tayvanın ərazisinə daxil olub. 4 gün ərzində isə ümumiliklə 150 hərbi təyyarə Tayvan ərazisinə daxil olub. Məlumata görə, hava hücumundan müdafiə sistemləri işə salınıb. Təyyarələrin uçuş istiqamətləri izlənilib.

Çin hakimiyyətinə yaxınlığı ilə bilinən “Global Times” portalının məlumatına görə, Pekinin bu addımı Tayvanda müstəqillik planları quran qüvvələrə və onları dəstəkləyən xarici ölkələrə ciddi mesajdır.