Türk polisi dünyanın axtardığı rusiyalı silahlını zərərsizləşdirdi -

İnterpol tərəfindən axtarışa verilən rusiyalı terrorçu Ankarada həbs edilib.

Metbuat.az xəbər verir ki, şərti adı A.R olan silahlı Suriyada İŞİD tərkibində mübarizə aparıb. Onun qanunsuz yollarla Türkiyəyə daxil olduğu müəyyən ediləndən sonra təqib edilib. Ankarada qaldığ ev müəyyən ediləndən sonra polis basqın təşkil edərək, terrorçunu zərərsizləşdirib.

Axtarışlar zamanı terrorçunun qaldığı evdən ABŞ, Rusiya və Türkiyə valyutaları, saxta sənədlər və digər texniki cihazlar tapılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR