"Netflix", "Squid Game"də dəyişiklik edir:

"Netflix" də yayımlanan "Squid Game"də göstərilən telefon nömrələrinin gerçək olduğu ortaya çıxandan sonra insanlar nömrələrin əsl sahiblərinə zənglər və mesajlar etməyə başlayıblar.

Metbuat.az xəbər verir ki, nömrə sahiblərini bu problemdən xilas etmək üçün bir addım atdığını ifadə edən "Netflix", serialda göstərilən telefon nömrələrini etibarsız nömrələrlə əvəz edəcəklərini açıqlayıb.

Qeyd edək ki, "Squid Game" serialında çox borcu olan insanlara birlikdə ölümcül oyun oynamağı və nəticədə qalib şəxsin böyük miqdarda pul qazanacağı vəd edilir. Həmin insanları dəvət etmək üçün serialda onlara üzərində nömrə olan kart verilir. Həmin kartdakı nömrə çəkilişlər zamanı yoxlanılmayıb və indi 40 yaşlı Cənubi Koreyalı şəxsə aid olduğu bilinib.

Həmin şəxsin sözlərinə görə, gündə telefonuna təxminən 4 min zəng gəlir. Oyunun həqiqi olduğunu düşünüb qatılmaq istəyənlər, serialın fanatları və s. insanlar bu nömrəyə zənglər edir, mesajlar yazırdılar. Hətta şəxsin şirkətdən böyük pul qoparacağı da deyilirdi. Məlumatda o da qeyd olunurdu ki, "Netflix"in sözügedən şəxslə danışıqlıqlara başlayıb. Görünür şirkət artıq bu problemə çarə tapa bilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR