İmişlidə AĞIR QƏZA:

İmişlidə bir neçə gün əvvəl avtomobillə toqquşan motosiklet sürücüsü xəstəxanada ölüb.

Mətbuat.az-ın apa-ya istinadla verdiyi xəbərə görə, hadisə oktyabrın 5-də İmişli rayonunda qeydə alınıb. Ağır xəsarət alan motosiklet sürücüsü İmişli rayon Xəstəxanasına yerləşdirilib. O, daha sonra Bakıya aparılaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, M. Zeynalov ötən gün həyatını itirib.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR