Bağdadinin ən yaxın silahdaşı ələ keçirildi

İraq ordusu İŞİD-in liderlərindən hesab edilən, qruplaşmanın məhv edilmiş lideri Əbubəkr Əl Bağdadinin ən yaxın silahdaşı Sami Cəsimini ələ keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə İraqın Baş naziri Mustafa əl Kazımi açıqlama verib. Onun sözlərinə görə, terrorçuya qarşı irimiqyaslı əməliyyat keçirilib. Aniterror əməliyyatlarının detalları barədə məlumat verilmir.

Qeyd edək ki, Sami Cəsimi İŞİD-in maliyyə işlərindən məsul şəxs idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR