"Bitcoin" mədənçiliyində ABŞ Çini keçdi -

İngiltərənin Kembric Universitetinin açıqladığı yeni məlumatlara görə, qlobal "bitcoin" hasilatında ABŞ ən qısa müddətdə Çini keçərək ən böyük paya sahib olub.

Metbuat.az xəbər verir ki, rəqəmlər, Çin Xalq Bankının kriptovalyutalara qadağasından sonra baş verib. Çin Xalq Bankı keçən ilin sentyabr ayında kriptovalyutalar və törəmələri ilə bağlı bütün əməliyyatları qadağan edib. Bankın internetdə yaydığı açıqlamada, virtual valyuta ilə həyata keçirilən iş fəaliyyətinin qanunsuz fəaliyyət olduğu, bu işləri həyata keçirənlərin cinayət məsuliyyəti ilə qanun çərçivəsində araşdırılacağı bildirilib. Məhz bu qərardan sonra, "bitcoin" mədənçiliyində qlobal balanslar dəyişib. Cambridge Universitetinin Alternativ Maliyyə Mərkəzinin paylaşdığı məlumatlara görə, "hash rate" olaraq bilinən qlobal bitcoin şəbəkəsinə qoşulan kompüterlərin Çindəki payı bir neçə ay ərzində sürətlə aşağı düşüb. Yeni məlumatlara əsasən, ABŞ hazırda ən böyük mədənçıxarma payına sahibdir. Bu, avqust ayının sonuna olan qlobal "hash" nisbətinin təxminən 35.4 faizini təşkil edir. ABŞ -dan sonra qlobal "bitcoin" istehsalında ən yüksək paya sahib olan digər ölkələr sırasında Qazaxıstan və Rusiyanın adı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR