Meksikada daşqınlar davam edir -

Meksikanın şimal -qərbində "Pamela" qasırğası davam edir. Qasırğa nəticəsində Sinaloa əyalətindəki fəlakət bölgəsində beş yüzdən çox ailə zərər çəkib.

Metbuat.az xəbər verir ki, son məlumatlara görə, qasırğanın vurduğu ziyandan ən çox El-Rosaria camaatı ziyan görüb. Yerlilər bir neçə onilliklər ərzində belə miqyaslı təbii fəlakət görmədiklərini bildirdilər. Xilasedicilər su basmış ərazilərdən insanları təxliyə edirlər. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur. Durango, Coaulia, Nayarit və Sinaloa əyalətlərində 210 min istehlakçı elektriksiz qalıb. Hazırda enerji təchizatının 90 faizi bərpa edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR