"Google" "Chrome" tətbiqindən istifadə edənlərə ikinci dəfə xəbərdarlıq edib.

Metbuat.az-ın məlumatına görə, xəbərdarlıqda bildirilir ki, istifadəçilər yeniləmə tələbini yerinə yetirməlidirlər. Buna səbəb hakkerlər üçün əlverişli olan daha 4 funksiyanın aşkar olunmasıdır. Buna görə də, şirkət 2.6 milyard istifadəçisindən tətbiqdə olan bu funksiyaları düzəltmək üçün yeniləmənin edilməsini istəyib.