ANS PRESS-in məlumatına görə, aktrisa "Son zəng" gününə uyğun olaraq məktəbli forması geyinib.
46 yaşlı aparıcı məktəbli qız görkəmində olduqca sevimli görünüb və tamaşaçılar tərəfindən bəyənilib. Onun bu ideyasını proqramın aparıcısı Elgiz Əkbər rəğbətlə qarşılayıb. Həmkarına xoş sözlər deyən Elgiz, verilişi onsuz təsəvvür etmədiyini vurğulayıb.
Musiqili Komediya Teatrının aktrisası olan Telli Hüseynova xüsusi günlərdə verilişlərə uyğun obrazlarda görünməyi ilə seçilir.




