Dünyanı ŞOKA SALAN İDDİA: Raketlər üzərimizdən keçib hədəfi vurdu

Çinin səsdən sürətli mərmilər sınaqdan keçirməsi ilə bağlı iddialar ABŞ-la gərginliyə yol açıb.

Metbuat.az xəbər verir ki, Çinin nüvə başlığı daşıya bilən iki raketi sınaqdan keçirdiyi irəli sürülür. Məlumata görə, raketlər hədəfə yönəlmədən əvvəl aşağı səviyyədən uçmaqla dünya ətrafına dövrə vurub. Raketin fizika qanunlarına ziddi xüsusiyyətləri ABŞ kəşfiyyatını da heyrətə gətirib. İddialara görə, mümkün müharibə zamanı ABŞ-ın müdafiə sistemləri bu raketlər qarşısında aciz qalacaq.

Lakin Çinin Xarici İşlər Nazirliyi iddiaları rədd edib. Açıqlamaya görə, sınaqdan keçirilən raket döyüş raketləri olmayıb. Pekin kosmik raketi test etdiyini irəli sürür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR