Çinin koronavirus planının ÜSTÜ AÇILDI:

Dünyanın koronavirusla mübarizəsi davam edərkən virusun harada və necə yarandığı sualı hələ də cavab gözləyir.

Metbuat.az publika.az-a istinadən xəbər verir ki, bu mövzuda bir çox iddia və nəzəriyyə irəli sürülsə də, virusun Uhan virusologiya laboratoriyasından sızdığı iddiası hələ də ən çox dəstəklənən tezislərdən biridir.

Elm dünyası bu suala cavab axtararkən Çin haqqında yeni bir iddia çox danışılmağa başlanıb. Kəşfiyyat rəsmiləri Çinin yeni planı ilə bağlı hesabat yayıblar.

Milli Əks Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi tərəfindən hazırlanan hesabatda Çin şirkətlərinin ABŞ və Avropanın biotexnologiya sektoruna sərmayə qoyduğuna diqqət çəkilib. Eyni hesabatda Çinin biotexnoloji firmaların satınalmaları ilə qlobal genetik məlumat bazası yaratdığına dair xəbərdarlıq edilir.

"Çinin koronavirus planı" olaraq xarakterizə edilən bu vəziyyətə görə, Pekin rəhbərliyinin on milyonlarla insanın genetik məlumatlarına çıxış əldə edə biləcəyi qorxusu var. Hesabatda Çinin hərbi üstünlük əldə etmək üçün texnologiya uğurlarından istifadə etməyə çalışdığı və bu vəziyyətin ABŞ səhiyyə sektorunu Pekindən asılı vəziyyətə sala biləcəyi vurğulanıb.

Son zamanlar ən gərgin dövrünü yaşayan Çin-ABŞ əlaqələri dünyanın bir müddət gözlərini Sakit okeana çevirməsinə səbəb olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR