Namiq Abdullayevin qardaşı vəfat etdi

Azərbaycanın sərbəst güləş üzrə millisinin baş məşqçisi Namiq Abdullayev, eyni zamanda yığmanın məşqçisi Arif Abdullayevin qardaşı olan Xaləddin Abdullayev vəfat edib.

Metbuat.az bildirir ki, bu barədə güləş federasiyasının rəsmi "Facebook" səhifəsi məlumat yayıb.

X.Abdullayevin ölümünə səbəb kimi infarkt göstərilir. Mərhum şəkərli diabetdən də əziyyət çəkirdi.

Xatırladaq ki, Namiq Abdullayev 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR