NASA direktoru Yerdən kənarda həyat olduğunu

ABŞ Milli Kosmik və Aviasiya Agentliyinin (NASA) direktoru Bill Nelsonun UNO (uçan naməlum obyektlər) müzakirələrinə dair son açıqlaması gündəm olub.

Metbuat.az sfera-ya istinadla bildirir ki, hərbi radarlara yaxalanan UNO-lardan danışan qurum rəsmisi bu obyektləri görən pilotlarla görüşdüyünü deyib.

"Onlar nəsə gördüklərini deyirlər, radarlar da tutur. Lakin bunun nə olduğunu bilmirik. Dünyada bu cür texnologiyaya sahib düşmən olmadığını ümid edirik”, - deyə Nelson qeyd edib.

NASA direktoru, həmçinin paralel kainat məsələsinə də toxunub:

"NASA-nın əsas məqsədlərindən biri də Yerdən kənarda yaşayışın axtarılması istiqamətində çalışmaqdır. Şəxsi düşüncəmə görə, kainat çox böyükdür və başqa kainatların da ola biləcəyinə dair nəzəriyyələr var. Əgər vəziyyət belədirsə, mən kiməm ki, dünyanın yeganə planet olduğunu deyim?”.

Beləliklə, Nelson Yerdən kənarda da həyatın olduğunu bir növ təsdiqləyib.

Xatırladaq ki, ötən aylarda ABŞ-ın keçmiş prezidenti Barak Obama mövzu ilə bağlı qalmaqallı açıqlamalar vermişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR