PKK terror təşkilatı təlim düşərgəsindən yüzlərlə terrorçunu Suriyanın Ayn İsa və Təl Tamir bölgəsinə yerləşdirmək istəyib.

Metbuat.az Trthaber-ə istinadən xəbər verir ki, terrorçular bölgəyə gəlməkdən imtina edib. 680 terrorçu təşkilatın bu tələbinə rədd cavabı verib. Onlar belə qərar verdiyi üçün “həbs” ediliblər.

Bildirilib ki, terrorçular Türkiyə ordusu ilə qarşı-qarşıya gəlməkdən qorxduğu üçün belə addım atıblar. Məlumata görə, Türkiyə ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində təşkilatda “təcrübəli” silahlı qalmayıb.