Aparıcı Elgizdən GÖZLƏNİLMƏZ ADDIM:

Aparıcı Elgiz Əkbər xeyirxah addımı ilə diqqət çəkib.

Metbuat.az baku.ws-ə istinadən xəbər verir ki, Sevinc adlı xanım körpəsi ilə "Elgizlə izlə" proqramına qatılıb. O, övladının fiziki məhdudiyyətli olduğunu, gözlərinin görmədiyini, bu səbəbdən də artıq ona baxa bilmədiyini deyib.

Bundan sonra Elgiz körpəni anasından istəyib və ona sahib çıxacağını deyib:

“Uşağı mənə verin. Biz ona çox yaxşı baxarıq. Tam səmimi qəlbdən deyirəm. 15 dəqiqənin içində bu uşağa çox bağlandım. Düzdür, mən işdən evə gec gedirəm. Amma böyük məmnuniyyətlə ona vaxtımı sərf edərəm, onun nazını, qayğısını çəkərəm”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR